You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yüklənir...


İşgüzar tədbirlərinizi bizə etibar edin!

İşgüzar tədbirlərin təşkil edilməsi üzrə ixtisaslaşan və sizin gələcək tərəfdaşınız olacaq “RanTur” turizm agentliyinə xoş gəlmisiniz. Regionun xüsusiyyətlərini dərindən bilməyimiz və hər zaman mükəmməlliyə doğru can atmağımız bizi uğurla nəticələnən və unudulmaz tədbirlərin keçirilməsi üzrə əsas seçimlərdən edir. İlk korporativ layihəni 2005-ci ildə reallaşdırmağımız zəngin təcrübəmizdən xəbər verir.

Peşəkarlardan ibarət komandamız ölkəni həm daxildən, həm də xaricdən çox gözəl tanıyır. Sizə ölkəmizin zəngin mədəni müxtəlifliyini əks etdirən fərdiləşmiş təcrübə təklif edərkən bu dərin biliklərdən məharətlə istifadə edirik.

Biz çox gözəl anlayırıq ki, heç bir iki müştəri, yaxud tədbir eyni ola bilməz. Buna görə də sizin istək və ehtiyaclarınızı maksimum dərəcədə yerinə yetirmək üçün individual həllər təklif edirik. İşgüzar tədbirlər (MICE) üzrə xidmətlərimiz aşağıdakılar da daxil olmaqla geniş spektri əhatə edir:

Tədbir məkanının seçilməsi. Biz tədbir məkanını onun sahəsi, quruluşu, üslubu və sizin keçirəcəyiniz tədbirin xüsusiyyətlərinə görə seçirik. Məkanın seçilməsinə bu qədər diqqətlə yanaşmağımızla fəxr edirik. Tədbirinizin uğurlu keçməsi üçün yuxarıda sadalanan amillərin böyük rol oynadığını çox gözəl anlayırıq. Buna görə də əlimizdən gələni edirik ki, sizə bir deyil, diqqətlə seçilmiş bir neçə alternativ təklif edək. Bu yanaşma tədbir məkanının gözləntilərinizi tamamilə qarşıladığına əmin olmağımıza, bol məlumat əsasında daha düzgün qərar qəbul etməyimizə imkan verir.

Qonaqlama. Məşhur hotel şəbəkələri ilə əməkdaşlığımız sayəsində keyfiyyətə və hər bir müştərinin məmnunluğuna sadiqliyimizi davam etdiririk. Səyahət qrupunuzun neçə nəfərdən ibarət olmasından və nələrə üstünlük verdiklərindən asılı olmayaraq, sizi ən uyğun yerləşdirmə müəssisəsi ilə təmin edəcəyik. Qonaqlarinizin səyahətlərinin gəldikləri andan yola düşənə qədər əsl Azərbaycan qonaqpərvərliyi əhatə olunmalarini təmin edirik.

Nəqliyyat. Biz nəqliyyat logistikası çətinliklərini aradan qaldıraraq qonaqlar və tədbir iştirakçıları üçün rahat hərəkəti təmin edirik. Nəqliyyat məsələlərinin bütün mərhələlərində rahatlıq, təhlükəsizlik və effektivliyi əsas tuturuq. Müasir mikroavtobus parkı, xüsusi təlim keçmiş peşəkar sürücü heyəti transferləri qüsursuz şəkildə həyata keçirməyimizə imakn verir. Sürücülərimiz Bakı küçələrini çox yaxşı tanıyır, paytaxtın sıx nəqliyyat axınında təhlükəsiz hərəkətin incəliklərini bilirlər. Qonaqların rahat və təhlükəsiz səfərlərini təmin etmək üçün mikroavtobuslar mütəmadi olaraq yoxlanılır və onlara texniki qulluq göstərilir. Daha böyük qruplar və xüsusi daşıma ehtiyacları üçün isə keyfiyyət və xidmət standartlarımıza cavab verən etibarlı nəqliyyat şirkətləri ilə əməkdaşlıq edirik.

Qidalanma. Biz bilirik ki, qidalanma və nəfis mətbəx yaddaqalan tədbirin ayrılmaz hissəsidir. İstər Azərbaycan mətbəxinin zərif təamları, istərsə də dünya mətbəxinin müxtəlif yeməkləri olsun, qidalanma və keytirinq xidmətimiz qonaqlarınızın ağız dadına uyğun təşkil olunur. Şam yeməyi və qala gecəsi kimi xüsusi tədbirlərin unudulmaz olması üçün isə əlimizdən gələni edirik. Bunun üçün biz ölkənin mükəmməl xidmət və peşəkar işçi heyəti ilə tanınan ən yaxşı restoranları ilə əməkdaşlıq edirik. Bu restoranlar yaddaqalan nahar ab-havası yaratmaq üçün bütün imkanlara malikdirlər.

“Team building” fəaliyyətləri. Sirr deyil ki, “team building” işgüzar tədbirlərin ayrılmaz tərkib hissələrindən biridir. Əməkdaşlığı, xoş ünsiyyəti və dostluq əlaqələrini möhkəmləndirməyə töhfə vermək üçün hazırlanmış müxtəlif maraqlı komanda fəaliyyətləri və ekskursiyalar təklif edirik. Bir-birindən fərqli kvestlər, maraqlı master-klaslar sizə seçim üçün təqdim olunur. Problem həll etmək bacarığının artırılması, kreativ həll yollarının tapılması, praktiki öyrənmə ilə məşğul olunması kimi istəklərinizdən asılı almayaraq, sizin üçün seçim edə biləcəyiniz təkliflərimiz var.

Texniki dəstək. Müasir günümüzdə konfrans və təqdimatların uğurla başa çatmasında audiovizual həllər və texniki avadanlıqlar vacib rol oynayır. Tədbirlərinizin müasir standartlara uyğun və geniş imkanlara malik texnika ilə təmin olunması üçün çalışırıq. Texniki dəstək xidmətimiz qabaqcıl texnologiya əsasında qurulub. Tədbir zamanı təqdimatların aydın və effektiv olması üçün proyektorlardan və səs sistemlərindən tutmuş işıqlandırma avadanlıqları və monitorlara qədər hər növ texniki qurğular ilə təmin edirik. Keyfiyyətə sadiqlik prinsipimizə əsaslanaraq bu avadanlıqları təmin etmək məqsədilə hər zaman sektorda özünü sübut etməyi bacarmış təchizatçılar ilə əməkdaşlıq edir, avadanlıqları onlardan icarəyə götürürük. Bu cür şirkətlərin təcrübəsi və işə yanaşması konfrans və təqdimatların unikal texniki tələblərini dərindən başa düşməyə imkan verir.

İcrada mükəmməllik. Dəqiqliyə və qüsursuz fəaliyyətə olan sadiqliyimiz bizi fərqləndirən məqamlardandır. İlkin planlaşdırma mərhələsindən tədbirin sonuna qədər komandamız öz fəaliyyətində hər an mükəmməlliyə can atır, tədbirinizin uğur qazanmasına çalışırlar.
Niyə bizi seçməli?
“RanTur” ilə əməkdaşlığa başlamaqla siz sadəcə turizm agentliyi seçmirsiniz, eyni zamanda Azərbaycanda işgüzar tədbirlər sənayesində (MICE) 15 ildən artıq təcrübəyə malik tərəfdaş seçmiş olursunuz.
Yerli əlaqələr. Yerli tərəfdaşlar və təchizatçılar ilə geniş və sıx tərəfdaşlıqlar bizim mükəmməl fəaliyyətimizin əsasını təşkil edir. Əlaqələrimizin güclü olması, işimizdə qlobal təcrübə ilə lokal xüsusiyyətləri birləşdirməyimiz sizə ən yaxşı resurslara çıxış imkanı verir.
Xərclərin səmərəliliyi. Biz anlayırıq ki, büdcə məhdudiyyətləri reallıqdır, amma bu, keyfiyyətdə güzəştə getməli olduğumuz demək deyil. Xərclərin effektivliyinə sadiqliyimiz o mənanı verir ki, biz müəyyən edilmiş büdcə daxilində maksimum dərəcədə yüksək keyfiyyətli xidməti və təcrübəni təmin etməyə çalışırıq.
24/7 dəstək. Biz gün boyu istənilən vaxt xidmət göstərməyimiz ilə fəxr edirik. Gözlənilməz vəziyyətlər hər an baş verə bilər, amma biz ona dərhal və effektiv şəkildə reaksiya göstərməyə hazırıq. “RanTur” ilə əməkdaşlıq zamanı siz tədbirinizin etibarlı əllərdə olmasından əmin ola bilərsiniz.
Davamlılıq. Biz dayanıqlı və məsuliyyətli turizm prinsiplərinə hər zaman sadiqik. Biz fəaliyyətimizdə ətraf mühitə təsiri minimuma endirməyə və təbiətə dost həll yollarını təşviq etməklə Azərbaycanın gözəlliklərini və zəngin irsini gələcək nəsillər üçün qorumağa çalışırıq.

Yüksək reputasiya. Bizi fərqləndirən cəhətlərdən biri də ölkə həyatında baş verən mühüm tədbirlərdə tərəfdaş kimi təcrübə qazanmağımızdır. “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” Birinci Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 Azərbaycan Qran-Prisi kimi mötəbər tədbirlərdə fəal iştirakımız ilə seçilmişik. Bizim reputasiyamız fərqli miqyaslı və çətinlikdə olan tədbirləri ən yüksək peşəkarlıq və təcrübə ilə idarə etmək bacarığımızı nümayiş etdirir.

Azərbaycanda işgüzar tədbir keçirmək üçün bizə müraciət edin, özünüzə zəngin təcrübəsi və fədakar komandası ilə tanınmış tərəfdaş seçin.

Azərbaycanda yaddaqalan işgüzar tədbir keçirməyə hazırlaşırsınız? Sorğunuzu və istəklərinizi müzakirə etmək üçün elə bu gün bizimlə əlaqə saxlayın, gözləntilərinizi üstələyəcək təəssüratlar yaşayın.