You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yüklənir...

RanTur səyahət agentliyinə xoş gəlmisiniz
1998-ci ildə fəaliyyətə başlamış “RanTur” turizm agentliyi yarandığı vaxtdan ölkənin turizm sənayesinin liderlərindən biri olmaqla az sayda şirkətin nail olduğu keyfiyyət standartlarını müəyyən edir. Bu illər ərzində biz addım-addım formalaşmağa başlayan agentlikdən ölkənin ən iri korporativ şirkətlərinin əsas səyahət tərəfdaşına çevrilmişik.

Keyfiyyət irsi
Müvəffəqiyyətə aparan yol şirkətin davamlı inkişafını hədəfləyən və diqqətlə düşünülmüş strategiya ilə başladı. Bu strategiya yüksək keyfiyyətli xidmətlər göstərmək və beynəlxalq standartları tətbiq etmək öhdəliyinə əsaslanırdı. 2002-ci ildə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvü olmaqla bir daha davamlı inkişafa və keyfiyyətə sadiqliyimizi nümayiş etdirdik. Bu üzvlük keyfiyyəti hər zaman ön planda saxlamağımızı vurğulamaqla yanaşı, həm də dünyanın aparıcı aviaşirkətləri ilə tərəfdaşlığa qapı açdı.

Unikal tərəfdaşlıqlar
Biz müştərilərimizə ən yaxşı səyahət həlləri təqdim etməyin vacibliyini anlayırıq və bu məqsədlə qlobal bilet bronlaşdırma sistemləri olan “Amedeus” və “Galileo”nun Azərbaycanda imtiyazlı tərəfdaşlarıyıq. Bu əməkdaşlıqlar bizə müştərilərimizə ən münasib bilet qiymətləri və uğurlu sövdələşmələr təqdim etməyə imkan verir.

Qlobal əlaqələr
Biz dünyanın iri və aparıcı turizm operatorları ilə geniş əməkdaşlıq imkanlarımız ilə fəxr edirik. Sizə unikal seçimlərinizə uyğun müxtəlif səyahət təcrübələri təklif etmək üçün eksklüziv olaraq təcrübəli və etibarlı təchizatçılarla işləyirik.

Tədbir və nailiyyətlər
“RanTur” turizm agentliyi uzun illərdir ki, ölkəmizdə təşkil olunan mühüm tədbirlərdə öz fəaliyyəti ilə ön sıralarda olmağı bacarmışdır. Portfelimiz “Baku City Circuit”, “Kaspersky Lab”, “Toyota” və “EuroChem” kimi tanınmış şirkət və təşkilatlar üçün uğurla təşkil olunmuş işgüzar tədbir (MICE) layihələri ilə zəngindir. 2009-cu ildə biz Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına (ATAA ) üzv olmaqla destinasiya menecmenti təşkilatı kimi rolumuzu genişləndirdik.
2015-ci ildə Bakıda keçirilmiş “Birinci Avropa Oyunları”nda əsas və yeganə turizm agentliyi tərəfdaşı olmaqla keyfiyyətlə bağlı reputasiyamızı daha da gücləndirdik. Sonrakı illərdə isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası kimi nüfuzlu idman tədbirlərində iştirakımız bizə əlavə təcrübə və nüfuz qazandırdı.

Çətinliklərin aradan qaldırılması
Turizm sənayesi üçün görünməmiş çətinliklərin yarandığı pandemiya günlərində də müştərilərimizin yanında olmaq ənənəmizə sadiq qaldıq. Həmin günlərdə əməkdaşlarımız xarici ölkələrdə qapalı qalan müştərilərimizə kömək etmək, onların təhlükəsiz şəraitdə geri qayıtmalarını təmin etmək üçün əllərindən gələni edirdirlər. Üstəlik Bakıya gəldikdən sonra müvəqqəti təcrid şəraitində qalan müştərilərimiz üçün hotel rezervasiyasının təşkilində dəstəyimizi əsirgəmədik.

Yenidən bərpa
Pandemiya bitdikdən sonra turizm sənayesində dirçəlmənin müşahidə olunması ilə “RanTur” qısa vaxtda yenidən müstəsna xidmətlərini bərpa etdi. Keyfiyyətə olan öhdəliyimiz dəyişməz olaraq qalır və biz müştərilərimizin unikal ehtiyaclarını ödəmək üçün daha qətiyyətlə çalışırıq.
“RanTur” turizm agentliyi olaraq inanırıq ki, səfəriniz təyinat yeri kimi unikal olmalıdır. Zəngin təcrübə və ənənəmiz, qlobal tərəfdaşlığımız və keyfiyyətə sadiq komandamızla dünyanı kəşf etməkdə sizin etibarlı tərəfdaşınızıq. Birlikdə unudulmaz təəssüratlar yaşamaq üçün göyərtəyə xoş gəlmisiniz!