You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yüklənir...

Biznes səyahətlərinin, yaxud ezamiyyətlərin təşkili hər zaman turizm agentliyi seçimindən başlayır. Hotellərin araşdırılması, seçim etmək üçün onlara verilən şərhlərin analizi çox vaxt sadəcə vaxt itkisi olur. Mütəxəssisə müraciət etdikdə, onun zə. Şirkət səyahətləri üçün turizm agentliyi seçərkən əvvəlcə aşağıdakı suallara cavab tapın:
  • Agentlik turizm bazarında neçə ildir fəaliyyət göstərir? İqtisadi böhranlar və pandemiya dövründə fəaliyyəti necə olub? Uzun müddətli təcrübəyə malik agentliklər daha sabit və etibarlı olur.
  • Agentlik və onun əməkdaşları barədə verilən şərhləri axtarın, araşdırın. Turistlərin onlar barədə mənfi rəyləri varmı? Əgər varsa, bu rəylərdə həqiqət payının nə dərəcədə olduğunu yoxlayın, çünki bəzən şərhlər obyektiv olmaya bilər.
  • Agentliyin yerləşdiyi məkan sizin üçün rahatdırmı, onun iş qrafiki sizin üçün əlverişlidirmi? Əlbəttə, indiki zamanda ödəniş etmək üçün ofisə getmək mütləq deyil, ödənişi onlayn şəkildə də etmək olur. Bununla belə, konsultasiya üçün çox güman ki, turizm agentliyinin ofisinə baş çəkəcəksiniz və bu zaman şəhərin digər başına getmək heç də ürəkaçan olmayacaq.
  • Agentliyin menecerləri kifayət qədər bacarıqlıdırlarmı? Peşəkar turizm agentlikləri əməkdaşların ixtisas dərəcələrinin artırılmasına böyük diqqət yetirirlər: xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün təlimlərdə, həmçinin mehmanxana bazalarında seminarlarda iştirak mütləqdir. Təcrübəli turizm agenti tez-tez xarici agentliklərin və hotellərin reklam turlarında iştirak edirlər.
  • Agentliyin aparıcı turizm operatorları ilə müqavilələri varmı? Agentlik Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdürmü? İmtiyazlı agentlik müəyyən turoperatorların istiqamətləri üzrə hər zaman ən yaxşı xidmətə zəmanət verir.
  • Turizm agentliyi fors-major hallarında günün istənilən saatında sizə dəstək olmağa hazırdırmı? Menecerin peşəkarlığı gərgin vəziyyətlərdə, qısa müddət ərzində müştəri üçün optimal həll yolunun tapılmasında üzə çıxır.

“RanTur” turizm agentliyi olaraq 25 ildən artıqdır ki, yüksək keyfiyyət standartlarına ciddi şəkildə əməl edirik və daim turizm sənayesindəki trendləri izləyirik. Fərdiləşdirilmiş xidmət axtaran səyahətçi, yaxud xüsusi ehtiyacları olan korporativ müştəri olmağınızdan asılı olmayaraq, biz həmişə sorğularınıza cavab verməyə və sizə ən yaxşı səyahət planı təqdim etməyə hazırıq.