You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yüklənir...





“RanTur" turizm agentliyi 25 ildən artıqdır ki, işgüzar turizm və korporativ səyahətlər sahəsində təqdim etdiyi xidmətlərin səviyyəsi və geniş spektri nəticəsində etibarlı tərəfdaş statusunu qazanmışdır. 2002-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) fəal üzvü olaraq sektorun daim inkişaf edən trendlərini izləməklə dəyərli müştərilərimizə işgüzar səyahət zamanı üstün xidməti təmin edirik.

“RanTur” turizm agentliyi korporativ müştərilərin özünəməxsus istək və ehtiyaclarını peşəkarlıqla yerinə yetirmək istiqamətində ixtisaslaşıb və bunun üçün hərtərəfli həllər təqdim edir. Bizim təcrübəmiz çoxfunksiyalı xidmətləri əhatə etməklə səyahətinizin hər mərhələsinin dəqiqliklə planlaşdırılmasına və uğurla reallaşmasına imkan verir.

Uğurumuzun açarı isə illərin təcrübəsinə malik və müştərilərin istəklərini dərindən bilən komandamızdır. Əməkdaşlarımızın bir çoxu 10 ildən artıqdır ki, “RanTur” dəyərlərinə sadiqlik göstərərək həyata keçirdiyimiz layihələrin uğurla nəticələnməsində fədakarlıq nümayiş etdirirlər.

“Bakı-2015” Birinci Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası və bu kimi digər beynəlxalq miqyaslı tədbirlərdə əməkdaşlarımızın müvəffəqiyyətlə iştirakı xüsusilə təqdirəlayiqdir. Onların bu fəaliyyəti müxtəlif vaxtlarda sənayenin qabaqcıl sertifikatları ilə qiymətləndirilib və bu amil sizin biznes səyahətlərinizin etibarlı əllərdə olmasına təminat verir.

Fərdi yanaşma hər zaman diqqətdə saxladığımız əsas məqamdır. Hər korporativ müştərinin fərqli tələblərə, üstünlük verdiyi məqamlara görə unikal olduğunu yaxşı anlayırıq. Məhz bu səbəbdən hər müştəriyə ayrıca mütəxəssis təyin edir, əməkdaşlığın ilk anından başlayaraq həmin müştəriyə məxsusi yanaşma və peşəkar xidmətdən əmin oluruq. Bu isə müştəri istəklərini dərindən öyrənməyi, səyahətin arzuolunan şəkildə reallaşmasını, yarana biləcək hər hansı bir gözlənilməzliyə operativ və düzgün müdaxiləni təmin edir.

Bizim xidmət palitramız səyahət zamanı tələb olunan bütün ehtiyacları əhatə edir: aviabiletlərin təşkilindən qonaqlama yerlərinin seçilməsinə, transfer xidmətlərindən geniş tərkibli işgüzar görüşlərə qədər. Müraciətinizin böyük tədbir, biznes görüşü, yaxud korporativ səyahət ilə bağlı olmasından asılı olmayaraq səyahət təcrübənizin unudulmaz keçməsi üçün istəklərinizə uyğun təcrübə və resurslara sahibik.

Bizimlə əməkdaşlıq etməklə siz sadəcə turizm agentliyi seçmirsiniz, işgüzar səyahətlərinizin mükəmməl şəkildə baş tutmasını hədəfləyən tərəfdaş seçmiş olursunuz. Hər zaman üstün xidmətə can atmağımız, peşəkar təcrübəmiz və ölkədə turizm sənayesinin aparıcı oyunçusu olmağımız bizi fərqləndirən əsas amillərdəndir.

İnam, təcrübə və fərdi xidməti özündə birləşdirən səyahətə çıxın, işgüzar səfərlərinizdə “RanTur” fərqini kəşf edin.

İşgüzar səyahətlərinizin uğurlu nəticələr ilə yaddaqalan olmasına töhfə verməyimiz üçün müraciət edin.