“RanTur” turizm agentliyi korporativ müştərilər üçün işgüzar səfərlərin və tədbirlərin təşkili üzrə xidmətlər göstərir. Bu xidmətlərin arasında Azərbaycanda və xarici ölkələrdə hotel otaqlarının bron edilməsi, viza dəstəyi, aviabiletlərin satışı, transferlərin sifarişi, işgüzar görüşlər və tədbirlər üçün konfrans zallarının icarəsini qeyd etmək olar.
Biznes səyahətlərinizin rahat keçməsinə kömək edəcək üstünlüklərimiz:
Xərclərə qənaət
Aviaşirkətlər, hotellər və digər xidmət təminatçıları ilə uzunmüddətli əməkdaşlığımız sayəsində sizə daha yaxşı qiymətlər və fərdi sifarişlə əldə edilməsi çətin olan xüsusi şərtlər təklif edirik.
Sonradan ödəmə
Daimi korporativ müştərilərimiz üçün sonradan ödəmə xidmətini təqdim etmək imkanımız var. Yəni müştəri məbləği xidmətdən istifadə etdikdən sonra – hesabat dövrünün sonunda ödəyə bilər. Rezervasiyalar və hesab-fakturalar arasında yaranan bu müddət şirkətinizin pul axını üçün faydalı ola bilər.
24/7 dəstək
Səyahətdən əvvəl və səyahət müddətində sizin və ya əməkdaşlarınızın hər hansı bir dəstəyə ehtiyacı olarsa, rezervasiya menecerlərimiz hər zaman iş başındadırlar. İşlərinə fədakarlıqla yanaşan əməkdaşlarımızın çoxu artıq on ildən artıqdır ki, bizimlədir və onların fəaliyyəti sənayenin tanınmış sertifikatları ilə qiymətləndirilib. Odur ki, səyahətinizin etibarlı əllərdə olduğundan əmin olun.
Səyahət siyasətinə uyğunluq
Əməkdaşları işgüzar səfərlərdə olan istənilən kiçik və ya böyük şirkət korporativ səyahət siyasətinə malikdir. Bu qaydalara müəyyən uçuş sinfi, avtomobil icarəsi və hotel otaqlarının qiymətləri daxildir. Rezervasiya menecerlərimiz müəyyən edilmiş məbləği aşmamağa çalışaraq müştərilərə bütün mümkün seçimləri təqdim etməklə bu siyasətin tətbiq edilməsinə köməklik göstərirlər.
Resurslara və bazar təcrübəsinə çıxış imkanı
İşgüzar səfərinizin planlaşdırıldığı kimi keçməsini təmin etmək üçün əməkdaşlarımız sizə bütün resurslara geniş çıxışı təmin edirlər. Menecerlərimiz işgüzar səfərinizə təsir edə biləcək istənilən məqamı müəyyən etmək üçün ən yaxşı onlayn vasitələrdən istifadə edirlər. Onlar uçuş reysləri, hotel seçimləri, yerli xüsusiyyətlər və viza tələbləri haqqında geniş biliyə malikdirlər. Bu, şirkətlərə xoşagəlməz sürprizlərdən qaçmağa və ən yaxşı variantları seçməyə imkan verir.
Kompleks xidmət
Menecerlərimiz təkcə hotel otaqlarını bron edilməsi, avtomobil icarəsi, aviabiletlər, hava limanı transferləri kimi xidmətlərdə sizə dəstək göstərməyəcəklər, onlar həmçinin viza dəstəyi, sığorta, gedəcəyiniz şəhərin ən yaxşı restoranında masa sifarişi, səfər zamanı qatar biletinin alınması, müxtəlif təyinatlı görüşlərin və tədbirlərin təşkil edilməsində də sizin yanınızda olacaqlar.
Bonus proqramları vasitəsilə şirkətin və işçilərin maraqlarının nəzərə alınması
Biz təkcə şirkətlərin ehtiyaclarını deyil, həm də əməkdaşların özlərinin istəklərini nəzərə alaraq optimal səyahət şəraiti yaratmağa çalışırıq. Təklif etdiyimiz mükafatlandırma proqramlarına hotel otağının daha üstün sinif ilə yenilənməsi, loyallıq bonusları, transferlər və ekskursiyalar kimi əlavə yerli xidmətlər daxildir. Bu, əməkdaşların istək və maraqlarına əsaslanan daha xoş səyahət təcrübəsini təmin edir və onların korporativ səyahətlərdən məmnunluğunu artırır.